Məin padşahlığı


Məin padşahlığı — Cənubi Ərəbistanda (Yəmən ərəb respublikasının şimal hissəsində) qədim tayfa və dövlət.

Tarixi dövlət
Məin padşahlığı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məin padşahlığının daha erkən abidələri e.ə. 6-5-ci əsrlərə aiddir. Paytaxtı əvvəlcə Məin, sonralar Karnavu şəhəri olmuşdur. Məin padşahlığı erkən quldarlıq dövləti idi. Kahinlər və qəbilə-tayfa əyanları dövlətin idarə olunmasında mühüm rol oynayırdı. Ərəbistandan keçən ticarət yolları Məin padşahlığının nəzarəti altında olmuşdur. Ətirli maddələrin ticarəti padşahlığın inkişafına böyük təsir göstərmişdir. Məin padşahlığı E.ə. I əsrdə Kataban padşahlığından asılı vəziyyətə düşmüşdür. Padşahlıq tezliklə Səba, e.ə. təqribən 1-ci əsrin ortalarında isə Səba və zu-Raydan dövlətlərinin tərkibinə daxil olmuşdur.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]