Məktəb № 24 - Taqanroq şəhərinin ərazisində, Derjinski küçəsi, ev 149 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1936-cı ildə təsis edilmişdir.
Məktəb № 24 | |
---|---|
47°14′51″ şm. e. 38°55′00″ ş. u. | |
Direktor | Lüdmila Yakovlina Dvorsevaya |
Şəhər | Taqanroq |
Ölkə |
Məktəb yeddi illik orta təhsil oçağı 1936-cı ildə təsis edilmişdir. Məktəb mövcudluğu dönəmində hər zaman Taqanroq Metallugiya Zavodunun himayəsində olmuşdur[1].
№ 24 məktəb ilk məzunlarını 1939-cu ildə buraxmışdır.
Taqanroqun işğalı dönəmində, 1941 - 1943-ci illərdə alman əsgərləri məktəbi atların saxlandığı yer kimi istifadə edilmişdir.
1943-cü ildə şəhər işğaldan azad olduqdan sonra dərhəl fəaliyyətini bərpa etmişdir. Məktəb ilk dönəmlərdə, metallurgiya zavodunun baraklarında fəaliyyət göstərmişdir. Bu baraklar məktəbin yaxınlığında qərarlaşır. Şagirdlər nəhayətində 12 sentyabr 1954-cü ildə öz məktəb binalarına qayıda bilmişlər. Müharibədən sonra ilk məzun buraxılışı 1957-ci ilə təsadüf edir.
Şagirdlərin əməyi ilə əmək dərslərinin keçirildiyi emalatxana, idman meydançası, istilik qazanxanası inşa edilir. Burada hətta ingilis dilində mahnılar belə oxunurdu. Burada N. F. Dyaçenkonun rəhbərliyi orkestr və A. K. Saysevin rəhbərliyi altında «kamışınla» xor dərnəyi təsis edilmişdir. Onlar dəfələrlə şəhər yarışmalarında iştirak etmişdir.
1976-cı ildə binaya yeni korpus əlavə edilmişdir. Bu korpusda idman zalı, yeməkxana və yeni tədris kabinetləri yerləşirdi.
1980-ci ildə məktəbin şagirdi olmuş kosmanavt Yuri Vasileviç Malışevin şərəfində kosmanavtlar muzeyi təşkil olunmuşdur[2].