Məktəb № 49 - Rostov-na-Donu şəhərinin ərazisində, Qazetnaya xiyabanı, ev 82/108 ünvanında yerləşən təhsil ocağı. Bina 1910-cu ildə V. V. Popovun layihəsi əsasında inşa edilmişdir. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Məktəb № 49 | |
---|---|
47°13′35″ şm. e. 39°42′50″ ş. u. | |
Əsası qoyulub | 1910 |
Direktor | Montero Yevgeniya Antonovna |
Şəhər | Rostov-na-Donu |
Ölkə |
А. А. Filipovun qızlar gimnaziyası XX əsrin əvvəllərində təşkil olunmuşdur. 1910-cu ildə gimnaziya Qazetnaya xiyabanında inşa edilən yeni binaya köçmüşdür. Sovet hökuməti qurulduqdan sonra bina 11 № məktəb elan edilmişdir. 1930-cu illərdə idə məktəb № 49 adlandırılmışdır.
Üç mərtəbədən ibarət olan bina П-vari formaya malikdir. Fasadı simmetrikdir və Maksim Qorki küçəsi və Qazetnaya xiyabanına baxır. Binanın tikintisində yüksək keyfiyyətli kərpiçdən istifadə etmişlər. Bina modern stilində inşa edilmişdir.
2002-ci ildə binanın fasadında memorial lövhə quraşdırılmışdır. Bu lövhədə yazılır: «Bu binada 1946-cı ildə görkəmli alim-aftalmoloq və dövlət xadimi Svyatoslav Nikolayeviç Fedorov təhsilini bitirmişdir.». Memorial lövhə Fyodorovun ailə üzvlərinin vəsaiti hesabına qoyulmuşdur[2].
4 oktyabr 2012-ci ildə binada digər bir lövhə asılmışdır. Burada deyilir: «Bu məktəbdə 1946-1952 illər ərzində görkəmli riyasiyyat üzrə alim (hansı ki şərəfinə kiçik bir planetin adı verilmişdir) Viktor İosifaviç Yodoviç təhsil almışdır.»[3][4].