Məktublar kitabı

VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos"(Məktublar kitabi və yaxud Müraciətlər kitabı)xristianlığın tarixini gözəl əks etdirir.Bu abidə V-VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası,İberiyaSasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir.Toplunun V-VII əsrlərə aid olan I hissəsi yunanlar,suriyalılar,albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir.Məktublar kitabı xristianlığın tarixi,Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.