Mələk Fuad qızı Abaszadə ( 31 oktyabr 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, xaricdə Müstəqil Azərbaycanı təmsil etmiş Azərbaycan Gözəli, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009).[1]
Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1991-cu ildən[2] Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir.[3]
Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu").
Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır.
9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.[4]⠀⠀⠀⠀
- 2022 Banu (rej. Təhminə Rafaella)
- 2021 Həyat Deyəsən Gözəldi (rej. Vagif Mustafayev)
- 2015 İnsanları Xilas Etməyə Gedirəm (rej. Vagif Mustafayev)
- 2010 Kabusun Gözü İlə 🇦🇿-🇫🇷 (rej. R. İbrahimbəyov) En iyi yabancı film mükafatı
- Xosrof ve Şirin (rej. Xəyyam Abdullazadə)
- Ay Yay Yay (rej. Ramin Hacıyev)
- Fələk də Yıxa Bilməz (rej. Adil Azay)
- Həkimlər (rej. Şahin Zəkizadə)
- Həyat Çiçəyi 🇦🇿-🇬🇪 (rej. İrakli Apaşidze)
- Qayınana (rej. Rüfət Şahbazov)
- Bəyaz Həyat (rej. Rahim Sadıqbəyli)
- Yaz və Duman | T. Williams | Rosa Gonzalez rolunda
- Kutlama | B. Sleyd | Sanni rolunda
- Burla Xatun | Nəbi Xəzri | Şiranə rolunda
- Mənzil | Hidayət | Sevər rolunda
- Neft Partlayışı Hərkəsi Gülümsədir | M. İbrahimbəyov | Ayşə Yüzbaşova rolunda
- Javoronok | Jan Anuy | Janna D'Ark rolunda
- Karamazov Qardaşları | F. Dostoyevski | Agripina rolunda
- Cəhənnəm Kraliçaları | Elçin | Qadın rolunda
- Xalam Bundu | B. Polakov | Marina rolunda
- Məstəlişah | M. Axundov | Xanpəri rolunda
- Yuxularımı Tərk Et | Anar | Aliya rolunda
- Müsabiqə | Qalin | Ninel rolunda
- Poçt Şöbəsinde Möcüzələr | Elçin | Adela rolunda
- Bizim Həyatın Teatrı | V. Neverov | İnessa Armand rolunda
- Mösyö Todero xuliqan | Markolina rolunda
- Üç Gözəl | V. Krasnogorov | İnna rolunda
- İnsan Səsi | Jan Kokto | Monotamaşa
- Ara Bir Görüşmək Üçün İnsan Axtarıram | Ideal Qadın rolunda
- O və Onlar | Çexov | Дядя Ваня əsasən | Sona rolunda
- Tartuf | Molyer | xidmətçi Zarina rolunda
- Ivan Buninin Son Doyüşü | R. İbrahimbəyov | Gülnar rolunda
- Aslana Bənzər | R. İbrahimbəyov | Rəna rolunda