Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı[1], Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı[2] və tibb elmləri doktoru.
Məlahət Qəhrəmanova | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Qazax |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | Tibb Elmləri Doktoru |
Elmi adları | Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı |
İş yeri | Nərgiz klinikası |
Mükafatları | Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı |
nargizklinikasi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir.[3] Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
"Bitkilərin Sirli Dünyası" adlı kitabın həmmüəllifidir.[4]
İyulun 9-da "AzərKitab"da Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş "Bitkilərin Sirli Dünyası" adlı kitabının təqdimatı mərasimi keçirilib.[5] Kitab elmi təbabətdə geniş istifadə edilən 123 növ dərman otlarından və onların dərman xüsusiyyətlərindən bəhs edir. Əsərdə Yunanıstan, Hindistan, Çin, İran və başqa ölkələrin qədim xəlq təbabəti, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan dərman bitkiləri barədə dəyərli məlumatlar verilmişdir. Müəlliflər kitabda bu dərman bitkilərinin düzgün seçilməsi, farmakoloji təsiri, kimyəvi tərkibi, və insan orqanizminə olan təsir mexanizmini ətraflı izah etmişdir.