Məlikov Əvəzağa Ərəstun

Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989).[1]

Əvəzağa Məlikov
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan SSR
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Atası Ərəstun Məlikov
Milliyyəti Azərbaycanlı
Dini İslam
İxtisası Həkim
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1982

Həyatı[redaktə | mənbəni redaktə et]

1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır.

Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır.

Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır.

1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir. Sentyabr ayından isə rayon mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, bir il ərzində 700-dən çox uğurlu cərrahiyyə əməliyyatı aparmışdır.

Baş həkim kimi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1971-ci ilin mart ayında Əvəzağa Məlikov Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir.

1989-cu ildə səhəti ilə bağlı olaraq öz xahişi ilə Salyan Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsindən istefa verərək Salyan rayon mərkəzi xəstəxanasında proktologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1960-ci ildə Əvəzağa Məlikov Rusiya federasiyasi Rostov vilayətinin Milyutinsk rayon Sovetinə 5-ci seçki dairəsindən deputat seçilmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1971-ci ildə də Namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 3 mart 1972-ci il tarixdə AAK-nın qərarı ilə Tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • “Sərbəst düşüncələr işığında” adlı memuar kitabı 2004-cü ildə çapdan çıxmışdır.

Barəsində yazılanlar[redaktə | mənbəni redaktə et]

  • Yazıçı publisistlərdən Qulam Sadiq Əvəzağa Məlikovun 70 illik yubileyinə həsr edilmiş "İnam", Rüstəm Məlikov isə 80 illik yubileyi ilə əlaqədar "80 illik ömrün 80 səhifəsi" adlı sənədli publisistik povestlər yazmışlar.

Təltif və mükaftları[redaktə | mənbəni redaktə et]

  • 1967-ci il mayın 27-də SSRİ Səhiyyə Nazirinin əmri ilə SSRİ-nin "Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunub.
  • 1976-cı il martın 11-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə SSRİ-nin "Şərəf Nişanı ordeni" ilə təltif olunub.
  • 1982-ci ildə anadan olmasının 50 illiyi münasibətilə Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə "Əməkdar həkim" fəxri adına layıq görülüb.
  • 1986-cı ilin avqustun 20-də SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə SSRİ-nin "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Səhiyyə". salyan-ih.gov.az (az.). Salyan Rayon İcra Hakimiyyəti. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2021.