Məlumat (ing. message (= MSG), ru.сообщение) — 1. Rabitə sahəsində: elektron rabitə vasitəsilə bir qurğudan başqasına ötürülən verilən elementi. Baxış nöqtəsindən asılı olaraq "məlumat" termininin dəqiq anlamı bir qədər dəyişir. Məsələn, elektron poçtdan istifadə edən şəxs üçün məlumat, başqa bir şəxsdən gəlmiş və öz elektron poçt qutusuna qəbul olunmuş müəyyən blank (KİMƏ, KİMDƏN, MÖVZU, TARİX) şəklində olan məktubdur. Kompüter və ya kommunikasiya şəbəkəsi üçün məlumat, çox zaman strukturlaşdırılmış və müəyyən qaydalara (protokollara) uyğun olaraq ötürülən, verici və qəbuledici qurğular tərəfindən dəstəklənən informasiya blokudur. Belə məlumat bir və ya bir neçə mətn blokundan, başlıqları (alanın ünvanı, məlumatın tipi və s.) ötürən proqram tərəfindən generasiya olunan başlanğıc (START), son (END) və idarəetmə simvollarından, eləcə də rabitə prosesini və xətaların aşkarlanmasını sinxronlaşdıran informasiyadan ibarət olur. Məlumat bilavasitə göndərəndən alana fiziki rabitə vasitəsilə göndərilə və onu bir aralıq stansiyadan başqasına yönəldən stansiyalar sistemi vasitəsilə tam və ya hissə-hissə ötürülə bilər. Xoşbəxtlikdən, mürəkkəb ötürmə əməliyyatlarının çoxunu aparat və proqram vasitələri öz üzərlərinə götürür. 2. Proqram təminatında: tətbiqi proqramın və ya əməliyyat sisteminin istifadəçiyə verdiyi, hər hansı şərti göstərən və ya hansısa hadisə haqqında bildiriş verən informasiya