Məlumat RNT-si

mRNT və ya məlumat RNT-si və ya məlumat RNT[1] canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər bir zülal tipi üçün spesifik mRNT var. DNT-dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir aminturşu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür. Hüceyrədəki RNT-lərın təxmini olaraq 5% təşkil edir.[mənbə göstərin]

  1. "Seyidəliyev, Genetika ..." (PDF). 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-02.