Məlumat terminal avadanlığı

DEC VT100 terminalı

Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır.

DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir.

Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.