Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmmədşərif Həbibulla oğlu Həmidov (23 fevral 1917, Nuxa – 14 fevral 1969) — azərbaycan mənşəli SSRİ generalı.
Məmmədşərif Həmidov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Təltifləri |
Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23də Şəki şəhərində anadan olmuşdur. O, 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937-1940 illərdə Şəki komsomol və partiya komitələrində işləmişdir. 1940-cı ildən sovet ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olmuşdur. M.Həmidov 1945-ci ildə Ali zabitlər məktəbini bitirmişdir. Hərbi təhsilini başa verdikdən sonra, o, 1949-1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956-1960-cı illərdə Bakı şəhəri Hərbi Komissarı vəzifələrində çalışmışdır. O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1960-1969-cu illərdə Azərbaycanın Hərbi Komissarı olmuşdur. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmişdir.[1]
Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat etmişdir. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur Həlak olduğu yerdə – Goranboy-Gəncə avtomobil yolu kənarında xatirə abidəsi qoyulmuşdur. Bakı şəhərində adına küçə, gəmi, Şəkidə isə məktəb var.