Məmmədəli İsmayılov (tam adı: Məmmədəli Novruz oğlu İsmayılov; 1946, Bakı, Azərbaycan SSR, SSRİ – 8 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Məmmədəli İsmayılov | |
---|---|
Məmmədəli Novruz oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Vətəndaşlığı | SSRİ |
Atası | Novruz |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Sürücü |
1946-ci ildə Bakı şəhərində anadan olmuşdur.[2]Taksimotor parkında sürücü işləmişdir.
Ailəli olmuş, 3 övladı yadigar qalmışdır.
Fevralın 8-dən 9-na keçən gecə yoxa çıxmışdır. Sürdüyü AQB 34–03 nömrəli nömrəli maşın bir gün sonra Qaladakı 28001 nömrəli hərbi hissənin həyətindən, meyidi isə martın 16-sı Mərdəkan çöllüyündə tapılmışdır. Meyidin üzərində süngü zərbələri və üç güllə yarası olmuşdur.