Məmmədəli Şıxnəbiyev (tam adı: Məmmədəli Mədət oğlu Şıxnəbiyev; 1946, Bakı, Azərbaycan SSR, SSRİ – 2004) — "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş Qanlı Yanvar qurbanı.[1]
Məmmədəli Şıxnəbiyev | |
---|---|
Məmmədəli Mədət oğlu Şıxnəbiyev | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 2004 |
Vəfat səbəbi | Qara Yanvar |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Mədət |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
Mükafatları | "Azadlıq uğrunda mübariz" fəxri adı |
1946-cı ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.[2] 1963-cü ildə Süleyman Sani Axundov adına 172 nömrəli məktəbi bitirmişdir. 1971-ci ildə isə Xalq təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olmuşdur. Orada təhsilini bitirdikdən sonra, öz fəhlə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Ayağı zədəli olduğundan, hərbi xidmətdən azad olunmuşdur.
Ailəli olmuş, ailə həyatından 1 qızı və 1 oğlu dünyaya gəlmişdir. Oğlu Aydın avtomobil qəzasında həlak olmuşdur.
Yaralıları xəstəxanaya apararkən tankla rastlaşmışdır. Maşını saxlayıb silahsız olduğunu bildirsə də, rus polkovniki Məmmədəliyə atəş açaraq başından yaralamışdır.
Başından aldığı güllə yarasının törətdiyi fəsadlardan 14 il yataq xəstəsi kimi müalicə almış, 2004-cü ildə həmin fəsadlardan vəfat etmişdir.