Məmmədəmin Salayev

Məmmədəmin Məmmədəli oğlu Salayev (5 aprel 1909, Bakı - 2000, Bakı) — kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1968), AMEA-nın müxbir üzvü (1972), Əməkdar elm xadimi.[1][2]

Məmmədəmin Salayev
Məmmədəmin Məmmədəli oğlu Salayev
Doğum tarixi
Vəfat tarixi

Məmmədəmin Salayev 5 aprel 1909-cu ildə Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Texniki Universitetinin Kənd təsərrüfatı fakültəsini bitirib. O, 1941-ci ildə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru və 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ilə AMEA-nın müxbir üzvü seçilib.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədəmin Salayev 1930-1933-cü illərdə Azərbaycan Təcrübə Seleksiya Stansiyasında (Gəncə şəhəri) kiçik elmi işçi, 1933-1935-ci illərdə isə Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbaycan filialında baş elmi işçi olaraq çalışıb. O, 1935-1938-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspirantı olan Salayev 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi, 1945-1947-ci illərdə isə Azərbaycan EA Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi vəzifəsində çalışıb.[1][2]

Məmmədəmin Salayev 1945-1987-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 1951-1953-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor müavini, 1961-1963-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvəqqəti direktoru, 1983-1987-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrini icra edib.

Məmmədəmin Salayev Torpaqşünaslıq və Aqrokimya İnstitutu­nun Namizədlik Dis­sertasiyası üzrə Müdafiə Şurasının sədri, 1987-ci ildən ömrü­nün sonuna kimi Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun müşaviri, institutdakı Dok­torluq Dissertasiyasının Müdafiə üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədri vəzifəsində çalışıb.[1][2]

Üzv olduğu komissiyalar

[redaktə | mənbəni redaktə et]
  • Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü;
  • SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Komissiyanın üzvü;
  • Azərbaycan Sovet Ensiklopediyası Elm-Redak­siya Heyətinin üzvü;
  • AR Ali Attestasiya Komissiyasının Biologiya və Kənd təsərrüfatı elm sahələri üzrə Ekspert Komissiyasının üzvü;[1][2]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmmədəmin Salayevin tədqiqatı torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, gene­tik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib. Onun rəhbərliyi ilə yüksək ixtisaslı 1 elmlər və 25 fəlsəfə doktoru hazırlanıb. Alim 5 kitab, 100 məqalə, 96 xəritənin müəllifidir.[1][2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Məmməd Salayev Əməkdar elm xadimi adına layiq görülüb, dəfələrlə orden, medal və fəxri fər­manlarla təltif olunub.[1][2]

Məmmədəmin Salayev 2000-ci ildə Bakı şəhərində vəfat edib.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 "Salayev Məmmədəmin Məmmədəli oğlu". science.gov.az. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  2. 1 2 3 4 5 6 7 8 "Salayev Məmmədəmin Məmmədəli oğlu". www.nkpi.az. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.