Əliyev Məmməd Əli oğlu — “Şərəf nişanı” ordenli, SSRİ-nin fəxri dəmiryolçusu, Əmək veteranı.
Məmməd Əli oğlu Əliyev 9 sentyabr 1934-cü ildə keçmiş Dəvəçi indiki Şabran rayonunda Kərbəlayi Ustad Əlinin ailəsində anadan olmuşdur.
1959-cu ildə Bakı dəmir yolu texnikumuna daxil olmuş və 1963-cü ildə dəmiryolunun istismarı üzrə texnik ixtisasına yiyələnmişdir. 1964-cü ildə Rostov Dəmiryolu mühəndisləri İnstitutuna qəbul olunmuş və 1971-ci ildə dəmiryolunun istismarı üzrə mühəndis ixtisasına yiyələnmişdir, 1975-ci ildə Moskvada dəmiryol nəqliyyatı rəhbər işçilərinin ali ixtisasartırma kurslarını bitirmişdir.
1962-1968-ci illərdə keçmiş Nasosnu indiki Zeynalabdin Tağıyev qəsəbəsində dəmiryol stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 1968-ci ilin avqust ayında isə yenidən Dəvəçi Dəmiryol Stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilə qədər bu vəzifədə çalışmışdır. Beləliklə, 1950-ci ildən əmək fəaliyyətinə başlamış, sıravi dəmiryolçudan, 1962 – 2000 ci ilədək Dəvəçi stansiyasının rəisi vəzifəsinə qədər uzun bir əmək yolu keçmişdir.
Hər il yerli rayon və Azərbaycan dəmiryolçusu qəzetlərində dəyərli məqalələri dərc olunub.
6 övladı 16 nəvəsi var. Həyat Yoldaşı Əliyeva Səlminaz Şəmsəddin qızı 16,10,1940-cı ildə anadan olub və 05.02.2000-ci idə dünyasını dəyişib.
1. Nazirə Məmməd qızı Əliyeva – 1958-ci ildə anadan olub. Ali təhsilli mühəndisdir.
2. Tahirə Məmməd qızı Əliyeva - 1959-cu ildə anadan olub. Ali təhsilli mühəndisdir.
3. Kəmalə Məmməd qızı Əliyeva - 1962-ci ildə anadan olub. Orta təhsillidir.
4. Süheyl Məmməd oğlu Əliyev – 1964-cu ildə anadan olub. Ali təhsilli iqtisadçı mühəndisdir.
5. Əli Məmməd oğlu Əliyev - 1966-cı ildə anadan olub. Ali təhsilli mühəndis, hüquqşünasdır.
6. Fərid Məmməd oğlu Əliyev – 1970-ci ildə anadan olub. Ali təhsilli iqtisadçı, hüquqşünasdır.
Əliyev Məmməd Əli oğlu 03.11.2004-cü ildə Şabran rayonunda dünyasını dəyişmişdir.