Məmməd Alim

Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı[1].

MƏMMƏD ALİM
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı[1].

Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb[1].

Məmməd Alim 28 avqust 2014-cü ildə vəfat edib[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "AYB-in bölmə sədri vəfat etdi (FOTO)". ANS PRESS (az.). anspress.com. 28.08.2014 22:39. 2014-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-29.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]