Məmməd Məhərrəmov

Məmməd Məhərrəmov (tam adı: Məhərrəmov Məmməd Əli oğlu; 9 oktyabr 1919 - 5 may 1977) — Sovet İttifaqı Qəhrəmanı.[1]

Məmməd Məhərrəmov
Məhərrəmov Məmməd Əli oğlu
Doğum tarixi
Doğum yeri Qarasuçu, Gəncə qəzası, Gəncə quberniyası, ADR
Vəfat tarixi (57 yaşında)
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Məhərrəmov Məmməd Əli oğlu Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır. Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktyabr gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.[2]

Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.

  1. "Магеррамов Мамед Али оглы". 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  2. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 22 февраля 1944 года Arxivləşdirilib 2022-02-03 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 5 марта (№ 13 (273)). — С. 1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]