Məmməd Mustafayev — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü (1978).
Məmməd Mustafayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, SSRİ→ Azərbaycan |
Vəfat tarixi | 16 aprel 2023 |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Janr | Rəssamlıq |
Üzvlüyü | |
Mükafatları |
Məmməd Mustafayev 1948-ci ildə Bakı səhərində anadan olmuşdur[1]. 1968-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra rəssam təhsilini Azərbaycan Politexnik İnstitutundə davam etdirmişdir (1969-1974). 1974-1980 illərdə isə Kiyev İncəsənət Institutunda təhsil almışdır.
Rəssam 1968-ci ildən başlayaraq ümumittifaq, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. 1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.
Sənətçinin heykəllərində güclü, lakin zərif duyğu hissləri yaratmaq üçün istifadə etdiyi müxtəlif materiallarda, onun memarlıq bacarığı əks olunur. 2001-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür[2].
2024-cü ildə Bakıda "Gizli və aşkar" adlı sərgisi keçirilib.[3]