Bu məqaləni vikiləşdirmək lazımdır. |
Veysov Məmməd Kərim oğlu(27.12.1900, Şamaxı ş. – 27.8.1974, Bakı) – hərbi xadim.
Buzovnada praporşiklər məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil olunmuş hərbi birləşmələrində xidmət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə alayının komandiri və Gəncə qarnizonunun rəisi vəzifəsini daşımışdır.
N.Tolmaçov adına Hərbi-Siyasi Akademiyanı və M.Frunze adına Nərbi Akademiyanı bitirmişdir. Akademiyada təhsil alarkən yazdığı “Qafqaz hərbi əməliyyat meydanı şəraitində dağ-atıcı diviziyasının hücumu” adlı diplom işi Akademiyanın Komissiyası tərəfindən dağ hərbi hissələri üçün rəhbər vəsait kimi tövsiyə edilmişdir. Hərbi Akademiyanı bitirdikdən sonra Orconikidze şəhərindəki 28-ci dağ-atıcı diviziyasının qərargah rəisi, 1937 ilin noyabrında isə Şimali Qafqaz Hərbi Dairəsinin 9-cu atıcı korpusuna qərargah rəsi təyin olunmuşdur. Həmin il dekabrın 30-da sovet repressiyaları dalğasında həbs edilmişdir. 1955 il iyunun 22-də bəraət qazanmış, bütün vətəndaş hüquqları, hərbi rütbəsi və təltifləri bərpa olunmuşdur. Uzun müddət Gəncə və Bakı şəhər partiya bürosunun üzvü, Bakı şəhər Sovetinin deputatı olmuşdur. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Lenin ordeni və Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.[1]