Məmmədismayıl Mehdiyev

Məmmədismayıl Mehdiyev Əşrəf oğlu

Məmmədismayıl Mehdiyev
Mehdiyev Məmmədismayıl Əşrəf oğlu
Doğum tarixi (77 yaş)
Doğum yeri Ucar,AzərbaycanRespublikası;
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi tarix elmləri namizədi
İş yeri Jurnalistika fakültəsi

Tarix elmləri namizədi. Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti.1946-cı il iyul ayının 12-də Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1953-1964-cü illərdə istehsalat təlimi verən orta məktəbi bitirmişdir. 1963-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə ADU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, işləmək üçün təyinatla Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərilmişdir.1977-1980-ci illərdə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məqsədli aspiranturasında oxumuşdur. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, ADU-nun jurnalistika fakultəsinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasında işə başlamışdır. Hazırda həmin kafedranın dosentidir.

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

Ən mühüm olanı nədir: jurnalistin sosial məsuliyyəti, yoxsa söz azadlığı // "Jurnalistika 2002-ci ildə. KİV və yeni əsrin reallıqları" elmi konfransının materialları.- Moskva, 2003.

Azərbaycan mətbuat tarixinin inkişaf mərhələləri və müasir jurnalistika // Azərbaycan KİV sisteminin aktual problemləri (Professor Ş. Hüseynovun 80 illik yubleyinə həsr olunmuç elmi- praktik konfransın materialları).-Bakı, 2005

Mehdiyev M. Azərbaycan jurnalistika tarixi(1832-1920). Bakı, "Bakı Universiteti nəşriyyatı", 2013, Tədris metodiki vəsait

Dövrün qlobal problemləri Ü.Hacıbəyov publisistikasında. Seçmə fənn üzrə proqram. Bakı, 2015

İstinadlar[redaktə | mənbəni redaktə et]

http://journalism.bsu.edu.az/az/content/mehdiyev_mmmdismayl_rf_olu_386