Bu məqalə qaralama halındadır. |
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir.
Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır.
Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur.