Məni öz adınla çağır (film musiqisi)

Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur.

Call Me by Your Name: Original Motion Picture Soundtrack
Növü film musiqisi albomu
Yayımlanma tarixi 3 noyabr 2017
Janr pop/film musiqisi
Müddət 71:08
Leybl Madison Gate Records,
Sony Music Masterworks

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Stivensin film üçün yazdığı üç orijinal mahnıdan biri olan "Visions of Gideon" final səhnəsində istifadə edilmişdir.

Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir.[1] Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi.[2] O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır.[2] Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi.[3] Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur.[3] Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır.[3][4]

Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür.[5] Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir.[5][6] Stiven səs rolundan imtina etsə də[6], film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon""Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası.[3] Musiqiləri yazarkən Stivens, ssenari, kitab və rejissorla personajlar haqqında müzakirələrindən ilhamlanmışdır.[5] Çəkilişlərin başlamasına bir neçə gün qalmış o, musiqiləri rejissora göndərmişdir.[1][7] Nəticəyə təəccüblənən rejissor musiqiləri aktyor heyəti və Fasano ilə birlikdə çəkiliş meydanında dinləmişdir. "Məni öz adınla çağır" Stivensin ilk kino musiqisi işidir.[8]

Çıxarılması[redaktə | mənbəni redaktə et]

Dijital film musiqisi albomu 3 noyabr 2017-ci ildə Madison Gate Records və Sony Classical tərəfindən çıxarılmış[9][10][11], fiziki çıxış isə 17 noyabrda baş tutmuşdur.[12][13][14] Alboma "The Psychedelic Furs", Loredana Berte, "Bandolero", Corco Moroder, Co Esposito və F. R. Devid tərəfindən ifa edilmiş mahnılar, Con Adams, Frenk Qlazer, Ryuiti Sakamoto, İohann Sebastyan BaxMoris Ravelin klassik əsərləri daxil edilmişdir.[15] "Mystery of Love" mahnısı ilk dəfə filmin 1 avqust 2017-ci ildə çıxarılmış treylerində təqdim edilmişdir.[16] 4 yanvar 2018-ci ildə çıxarılmış musiqi videosunda Neapol Milli Arxeologiya Muzeyində çəkilmiş kadrlardan istifadə edilmişdir.[17][18]

Kompozisiyaların siyahısı[redaktə | mənbəni redaktə et]

BaşlıqMüəllifİfaçı(lar) Müddət
1. Hallelujah Junction – 1st Movement Con AdamsAdams 7:09
2. M.A.Y. in the Backyard Ryuiti SakamotoSakamoto 4:25
3. J'adore Venise Ivano FossatiLoredana Berte 4:15
4. Paris latino
  • Carlos Perez
  • José Perez
Bandolero 4:01
5. Sonatine bureaucratique Erik SatyeFrenk Qlazer 3:44
6. 'Zion hört die Wächter singen' İohann Sebastyan BaxAlessio Bax 5:10
7. Lady Lady Lady
  • Corco Moroder
  • Keyt Forsey
  • Moroder
  • Co Esposito
4:15
8. Une barque sur l'océan Moris RavelAndre Laplante 7:10
9. Futile Devices (Doveman Remix) Sufyan StivensStivens 2:15
10. Germination SakamotoSakamoto 2:09
11. Words
  • Martin Kupersmit
  • Lui S. Yaquda
  • Robert Fitoussi
F. R. David 3:27
12. È la vita
  • Marko Armani
  • Paolo Armenise
Armani 4:11
13. Mystery of Love StivensStivens 4:08
14. Radio Varsavia
  • Franko Battiato
  • Qusto Pio
Battiato 4:07
15. Love My Way
  • Con Eşton
  • Tim Batler
  • Riçard Batler
  • Vince Eli
The Psychedelic Furs 3:33
16. Le Jardin féerique Moris Ravel
  • Valeriya Szervanszki
  • Ronald Kavaye
3:02
17. Visions of Gideon StivensStivens 4:07
71:08

Hit-paradlarda[redaktə | mənbəni redaktə et]

10 noyabr 2017-ci ildə film musiqisi albomu "UK Soundtrack Albums" hit-paradında 18-ci yerdə debüt etmişdir.[19] 24 noyabr 2017-ci ildə albom 12-ci yerə yüksəlmişdir ki, bu da onun yüksəldiyi ən yaxşı mövqe olmuşdur. ABŞ-nin "Billboard Soundtrack Albums" hit-paradında albom 13 yanvar 2018-ci ildə, 23-cü yerdə debüt etmişdir.[20] Növbəti həftə isə 19-cu yerə yüksəlmişdir.[21]

Hit-parad (2017–18) Yüksəldiyi
yer
US Soundtrack Albums (Billboard)[21] 19

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Mongrel Presents: Call Me by Your Name" (PDF) (Press-reliz). Toronto, Ontario: Mongrel Media. October 28, 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  2. 1 2 Thompson, Anne. "'Call Me by Your Name' Could Land (at Least) Seven Oscar Nominations: Here's Why". IndieWire. November 27, 2017. December 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  3. 1 2 3 4 Gilligan, Meghan. "Luca Guadagnino Discusses 'Call Me By Your Name' at the 55th New York Film Festival". Screenprism. October 11, 2017. February 3, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  4. Caulfield, Keith; Atkinson, Katie. "Pop Shop Podcast: Director Luca Guadagnino on Music's Vital Role in 'Call Me by Your Name'". Billboard. December 12, 2017. February 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  5. 1 2 3 Encinias, Joshua. "'Call Me by Your Name' Team on Romance, Sufjan Stevens, Maurice Pialat, and Sequel Potential". The Film Stage. October 11, 2017. January 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  6. 1 2 Utichi, Joe. "Sufjan Stevens Nearly Played The Narrator In Luca Guadagnino's 'Call Me By Your Name'". Deadline. December 13, 2017. January 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  7. Ellwood, Gregory. "'Call Me By Your Name' Steals TIFF 2017 Opening Night Buzz". The Playlist. September 8, 2017. October 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  8. Eisinger, Dale. "Sufjan Stevens Soundtracks Upcoming Film Call Me By Your Name". Spin. January 8, 2017. October 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  9. Nordine, Michael. "'Call Me by Your Name' Soundtrack: Sufjan Stevens, the Psychedelic Furs, and More Lend Their Musical Stylings — Listen". IndieWire. November 3, 2017. November 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  10. Harris, Hunter. "If You've Got 10 Minutes to Privately Ugly Cry, Call Me by Your Name's Sufjan Stevens Songs Are Now Available". Vulture. November 3, 2017. December 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  11. "'Call Me By Your Name' (Original Motion Picture Soundtrack)". Amazon. November 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  12. "Call Me by Your Name Original Motion Picture Soundtrack - CD Available November 17" (Press-reliz). Sony Classical. PR Newswire. November 6, 2017. December 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  13. "'Call Me By Your Name' Soundtrack Details". Film Music Reporter. October 20, 2017. October 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  14. Jagernauth, Kevin. "'Call Me By Your Name' Soundtrack Features Sufjan Stevens, The Psychedelic Furs, More". The Playlist. October 20, 2017. February 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  15. Raup, Jordan. "Listen: Full Soundtrack for 'Call Me by Your Name' Featuring New Songs by Sufjan Stevens". The Film Stage. November 3, 2017. November 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  16. Gaca, Anna. "Hear a New Sufjan Stevens Song in the Trailer for Sundance Favorite Call Me By Your Name". Spin. August 1, 2017. August 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  17. Kim, Michelle. "Watch Sufjan Stevens' New Video for Call Me By Your Name Song 'Mystery of Love'". Pitchfork. January 4, 2018. February 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2018.
  18. Gordon, Arielle. "Video: Sufjan Stevens – 'Mystery of Love'". Spin. January 4, 2018. January 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  19. "Official Soundtrack Albums Chart Top 50". Official Charts Company. 2018-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  20. "Movie Soundtracks: Top Soundtrack Albums Chart". Billboard. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.
  21. 1 2 "Movie Soundtracks: Top Soundtrack Albums Chart". Billboard. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.