Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır.[1] Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir.
Məni döşəmə yaşmağının altında dəfn edin | |
---|---|
rus. Похороните меня за плинтусом | |
| |
Müəllif | Pavel Sanayev |
Janr | povest |
Orijinalın dili | rus dili |
Ölkələr | Rusiya |
Orijinalın nəşr ili | 1996 |
Nəşriyyat | МК-Периодика |
İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir.
2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.[2]
Doqquz yaşlı oğlan Saşa Savelyov babası və nənəsi ilə birlikdə yaşayır, çünki, nənəsi uşağın tərbiyəsini qızına etibar etmir. Nənə yeni ər tapmış “əxlaqsız” qızını tənqid edir: “Anam məni qaniçən-gödəkçəyə dəyişib və nənəmin yonulmuş boynuna asıb. Dördy yaşımdan orda asılı qalmışam.”
Onun “qəddar” sevgisi, övladlıq eləmək, müalicə etmək və cəzalandırmaq mümkün olan sözəbaxan canlı oyuncaq kimi uşağa sahib olmaq istəyindən irəli gəlir. “Özünü qurban verən” yaşlı qadın bu yolla lazımlığını hiss edir, süni qədirbilməz ətrafdakılar (o cümlədən uşaq) tərəfindən törədilən yalan “ağrılar” isə onu özünə yazığı gəlməsinə ilhamlandırır. Həyat yoldaşı da onun əlindən əziyyət çəkir, hər dəfə fürsət düşdükcə nənə onu təhqir edərək, həyatını xarab etdiyini deyir.
Povestdəki personajların prototipləri real adamlardır:
Повесть «Похороните меня за плинтусом» была написана в 1994 году