Mənsur ağa Vəkilov

Mənsur ağa Vəkilovkapitan

Mənsur ağa Vəkilov
Doğum yeri Qazax şəhəri

Mənsur ağa Vəkilov Qazax şəhərində anadan olub, Krım muharibəsinin (1853-55-ci illər) qəhrəmanı kapitan Mənsur ağa Vəkilov idi. 1855-ci il sentyabrın 12-də Qafqaz Əlahiddə Ordusu komandanın verdiyi əmrdə oxuyuruq:

"Üçüncü süvari-musəlman alayındakı qazaxlılardan ibarət sotniyanın komandiri, kapitan Mənsur ağa Vəkilova "İgidliyə görə" və üstü yazılı dördüncü dərəcəli "Müqəddəs Anna ordeni", Qazax - bəy polusotniyasından olan milis praporşiki Mir Mirzə Məhəmməd Şərif oğluna podporuçik rütbəsi, Borçalı bəy polusotniyasının vəkili Məmmədşah bəy Ağasultanova gümüş temlyak gəzdirmək hüququ və yunker rutbəsi, Qazax bəy polusotniyasından Mustafa ağa Eyyub ağa oğluna "İgidliyə görə" və üstü yazılı gümüş medal, Qazax sotniyasından Mustafa ağa Mirzəli ağa oğlu Vəkilova gumuş temlyak gəzdirmək hüququnda yunkerlik rutbəsi verilsin"[1].

Professor Satur Arayan özünün 1978-çi ildə nəşr etdirdiyi "Erməni xalqının tarixi taleyində Rusiyanın rolu" monoqrafiyasında[2] kapitan Mənsur ağa Vəkilovu oxucuya erməni "Martiros Vekilev" kimi təqdim edir. Hələ 1826-cı ildə Şamxor və Gəncə, Lori-Pənbək rayonunda, Dilican dərəsindəki döyüşlərdə Qazax süvari dəstəsinin iranlılara qarşı göstərdiyi qəhrəmanlıqlar xalqımıza yaxşı məlumdur. Raport və əmrlərdə kapitan Mənsur ağa Vəkilovdan danışılanda "M.Vekilov" yazılırdı. Görünür professor Ağayanın əlinə girəvə də buradan düşüb. Yuxarıda gətirilən sitat da onun əsassız olduğunu sübut edir.

İctimai-Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Krım muharibəsində iştirak etmişdir

Uşaqları Məmmədrza ağa Vəkilov, Nadir ağa Vəkilov

  • Müqəddəs Anna ordeni
  1. "Kavkaz" qəzeti, № 85, 24 sentyabr 1855-çi il.
  2. səh. 210-211.