Məntiqi analizator (en. logic analyzer) – aşağı səviyyəli proqramlaşdırma dilində yazılmış proqramın çox çətin sazlanmasını asanlaşdıran qurğu. Məntiqi analizatorun səciyyəvi xüsusiyyətləri: çalışma zamanı şinin siqnallarına nəzarət, yaddaşın verilmiş sahəsinə oxuma və yazma zamanı çalışmanın dayandırılması, çalışmanın istənilən dayanması zamanı bir neçə komandanın geriyə izlənməsi (TRACE BACK).