Məqsudə Həsənağa qızı Əliyeva (9 mart 1965, Lənkəran – 8 dekabr 2022[1], Lənkəran[1]) — azərbaycanlı aktrisa
Məqsudə Əliyeva | |
---|---|
Məqsudə Həsənağa qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 8 dekabr 2022[1] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Xərçəng |
Dəfn yeri | Lənkəran şəhər qəbiristanlığı |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1981 - 2022 |
Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir.[2]
N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.[3] "Mahmud və Məryəm"də qulluqçu qız, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi rollarını ifa edib.[4] Azad Azərbaycan televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı ilə yadda qalıb.[2]