Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər.
Mərakeş—Suriya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir.
Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir[1]. 1966-cı ildə Suriyada bir çevriliş baş verir. Mərakeş iğtişaşları yatırmağı və hakim sülaləni hakimiyyətdə saxlamağı bacarır. Suriyadakı hakimiyyət dəyişikliyi, Mərakeş ilə münasibətlərdə gərginliyin yaranmasının bir səbəbi olur[2]. 1973-cü ildə Mərakeş Yom Kippur müharibəsi zamanı ərəb müttəfiqlərinə yardım üçün qoşun göndərəndə münasibətlər bir qədər yaxşılaşır, lakin istiləşmə uzun sürmür. Mərakeşin 1973-cü ildə Yom Kippur müharibəsi dövründə verdiyi töhfələrə baxmayaraq, Suriya Qərbi Saxara müharibəsi zamanı Polisario üsyançılarına dəstək verməyə davam edir və bu Rabatı daha da qəzəbləndirir. 2013-cü ildə Suriya Prezidenti Bəşər Əsəd, Suriyanın Mərakeş Krallığı Silahlı Qüvvələrinə qarşı vuruşan Polisario üsyançılarına yardımını qəbul edir[3]. Bundan əvvəl Suriya Prezidenti Hafiz Əsəd, II Həsənin İsrailin Baş naziri Şimon Pereslə gizli bir görüş keçirməsindən sonra Mərakeşlə münasibətləri pozmaq barədə qərar qəbul edir[4].
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır, bu da münasibətləri bir daha gərginləşdirir. Mərakeş Bəşər Əsəd əleyhinə Suriya müxalifətini dəstəkləyir. 2012 və 2013-cü illərdə də Əsəd əleyhinə qüvvələrin toplantılarını təşkil edir[5]. Mərakeş münaqişədən uzaqlaşmağa çalışsa da, Suriya səlahiyyətliləri ölkəni Azad Suriya Ordusunu maliyyələşdirməkdə və onlara kömək etməkdə günahlandırır. 2012-ci ildə Mərakeş Bəşər Əsədin hakimiyyətinə etiraz olaraq Suriya səfirini persona non qrata elan edir[6].
Mərakeş suriyalı qaçqınları dəstəkləsə də, eyni zamanda Əlcəzair-Mərakeş sərhədləri arasında tutulan suriyalılar ölkə səlahiyyətlilərini narahat edir[7]. 2019-cu ildə Bəşər Əsədin münaqişənin istiqamətini öz tərəfinə çevirə bilməsi səbəbindən Mərakeş Suriyanın Ərəb Dövlətləri Birliyinə qaytarılmasına razı olduğunu bildirir[8]. Lakin tarixi inamsızlıq nəticəsində ölkələr arasındakı gərginlik hələ də qalır.