Mərd (film, 2014)

Mardaani (tərcüməsi: Mərd) 2014-cü ildə Pradeep Sarkarın rejissorluğu və Aditya Çopranın prodüserliyi ilə çəkilmiş olan Hind dilli döyüş triller filmidir[2]. Filmdə baş rolda Rani Mukerji[3], ikinci planda isə Jisshu Sengupta, Tahir Rac Bhasin və Saanand Verma oynayır. Filmin hekayəsi Hindistan mafiyası tərəfindən oğurlanmış yeniyetmə qızın işinə olan marağı nəticəsində insan alverinin sirlərini açmağa nail olan polis qadın Şivani Şivaci Roy ətrafında cərəyan edir[4].

Mərd
Janr cinayət filmi, döyüş filmi, dram filmi
Rejissor Pradeep Sarkar
Prodüser Aditya Çopra
Baş rollarda
İlk baxış tarixi 22 avqust 2014[1]
Müddət 118 dəq.
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID3495000

22 avqust 2014-cü ildə kinoteatrlarda nümayiş etdirilən film, Mukerjinin ifası üçün təriflər alaraq müsbət rəylər əldə etmiş və kommersiya müvəffəqiyyəti olaraq meydana çıxmışdır. Bunun ardınca 2019-cu ildə Mardaani 2 adlı davam filmi təqdim edilmişdir. Mardaani 2-nin müvəffəqiyyətindən sonra isə istehsalçı 2019-cu ilin dekabrında Mardaani seriyasının mümkün üçüncü hissəsini elan etmişdir.

  1. http://www.imdb.com/title/tt3495000/.
  2. "Mardaani (2014) – Pradeep Sarkar". AllMovie. 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-26.
  3. "Rani gets YRF's boldest film 'Mardaani'". MNS India. 1 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 January 2014.
  4. "Rani Mukerji in Mardaani, Yash Raj Films' boldest movie ever". NDTV. 25 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 January 2014.