Mərkəz Qacar

Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin4 noyabr 2013, Bakı) — hüquqşünas, şair.

Mərkəz Qacar
Mərkəz Mikayıl oğlu Qacar
Fayl:Mərkəz Qacar.jpg
Doğum tarixi 14 fevral 1948(1948-02-14)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2013(2013-11-04) (65 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti şair

Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir.

Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir.

Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.

  • Qarışqadan filədək. Bakı: Azərnəşr, 1997, 88 səh.
  1. Qeybdən gələn səs (film, 2002)
  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.