Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir. Mayenin nasosun oxuna nisbətən hərəkət istiqamətinə görə mərkəzdənqaçma nasosları radial, yarımoxboyu və oxboyu olaraq fərqlənirlər.
Mərkəzdənqaçma nasosları energetik nasoslarda tətbiq edilir. Bu tip nasoslar gücündən asılı olaraq müxtəlif konstruksiyalara malik olurlar. Məsələn, tankerlərdə istifadə edilən nasosların gücü saatda bir neçə megaton olur. Mayenin vurulması üçün çox yüksək təzyiq tələb olunarsa onda çox pilləli nasoslar kara gəlir. Bu nasosların işləməsi zamanı birinici nasosu yüksək təzyiq altında tərk edən maye ikinci nasos tərəfindən sorulur və daha yüksək təzyiqlə vurulur.