Mərkəzi Amerika Ümumi Bazarı - 1950 –ci illərdə inteqrasiya fəaliyyətlərinin arxasınca aparan təsir, Birləşmiş Millətlər Təşkilatının latın Amerikası kommisiyasının (ECLA) görüşlərinin nəticəsi kimi özünü büruzə vermişdir. O, dövrdə kommisiya inkişaf etməkdə olan ölkələrin inkişaf strategiyası idxalat siyasətinə bağlı sənayeləşmə modellərini proqnozlaşdırmışdır.
Qeyd olunmuş bu faktor Mərkəzi Amerika Ümumi Bazarının yaranmasında böyük əhəmiyyət kəsb etmişdir. Bölgə ölkələrinin kiçik olmaları, sənayeləşmənin ancaq birləşmə və geniş bir bazar təşkil etməsində bununla uyğun olmayan yüksək maliyyəli, aşağı səmərəli istehsalatla nəticələnəcəyi ehtimalını ortaya çıxartmışdır. Bu fikirlərlə 1960-cı illərin sonlarında Monaquada iqtisadi inteqrasiyanın əsas müqaviləsi imzalandı və Mərkəzi Amerika Ümumi Bazarı quruldu. Müqaviləyə qoşulan ölkələr Qvatemala, El Salvador, Honduras, Nikaraqua və Kosta-Rika oldu. CACM-ın əsas məqsədi üzv ölkələrdə sənayeləşmənin surətinin artırılmasıdır. Yarandığı ilk 10 il ərzində CACM bölgə daxili ticarət axınlarında əhəmiyyətli artımlara səbəb olmuşdur. Bu da böyük səviyyədə ABŞ-la ticarətin azalmasına səbəb olmuşdur. 1970-ci ildən sonra bölgədaxili ticarətin payı azalmağa başladı, üzv ölkələrin ÜMM istehsalının artımı tempi azaldı. Sənayeləşmədəki zəiflik özünü göstərdi, nəticədə isə daxili siyasətlər dəyişildi və ixracata bağlı siyasətlər izlənməyə başlandı. 1998-ci ilin məlumatlarına görə CACM-ın dünya ixracat və idxalatdakı payları 0,1 % və 0,2 % -dir. Birlik daxili ticarətin payı da 14,4 % - ə bərabərdir.