Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir.
Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı.
Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur.
X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş. XV əsrin əvvəllərində Minsk bölgəsi Vilenski voevodluğuna daxil idi. 1566-cı ildə mərkəzi Minsk olmaqla Minsk voevodluğu yarandı.
Mərkəzi Belarusun cənub hissəsi qədimdən Turovski knyazlığı ilə sıx əlaqədə olmuş. Bu ərazidə Sluski və Kleski bölgələri mövcud idi. XII əsrin sonlarında Sluski bölgəsi müstəqil knyazlıq statusunu aldı və XVII əsrin sonuna kimi Böyük Litva knyazlığının və Reç Pospolitanın tərkibində müstəqil inzibati ərəzi kimi mövcud olmuş.
Reç Pospolitanın ikinci parçalanmasından sonra (1793) Mərkəzi Belarus Minsk quberniyasının tərkibinə qatıldı.
Mərkəzi Belarus uzun müddət böyük mədəni və siyasi mərkəz funksiyasını daşımış və belarus xalqının formalaşmasında əsas rol oynamışdır.
Kənd məskunlaşma formaları şimal-şərqdən cənub-qərbə doğru dəyişir: kiçik kəndlər, meşə içində olan kəndlər və çox həyətli açıq sahələrdə yerləşən kəndlər. Yaşayış məntəqələri dəqiq planlaşması ilə diqqəti cəlb edir. Nadir hallarda küçələrin başında qapılar olur və gecələr bağlanılır. Evlər adətən küçənin bir tərəfində tikilir, anbarlar isə əks tərəfdə.