Məryəm Mahmudbəyova

Məryəm Fərəməz qızı Mahmudbəyova (2 yanvar 1921, Naxçıvan1992, Bakı) — tibb elmləri doktoru (1966), əməkdar həkim (1973).

Məryəm Mahmudbəyova
Məryəm Fərəməz qızı Mahmudbəyova
Məryəm Fərəməz qızı Mahmudbəyova
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR

Həyatı[redaktə | mənbəni redaktə et]

Məryəm Fərəməz qızı Mahmudbəyova 1921-ci il yanvar ayının 2-də Naxçıvan şəhərində anadan olmuşdur.

O, 1953-cü ildə Q.M.Musabəyov adına Azərbaycan Elmi-Tədqiqat Virusologiya və Gigiyena İnstitutunda işləmiş, 1966-cı ildə tibb elmləri doktoru, 1976-1979cu illərdə Azərbaycan Elmi-Tədqiqat Qanköçürmə və Hemotologiya İnstitutunda “İmmun-hemotologiya” şöbəsinin müdiri olmuşdur. Tədqiqatı müasir təbabətin aktual məsələlərinin (bioloji aktivliyi yüksək olan mikro-molekulların, zülalların, nuklein turşusunun həll olunan antigen fraksiyalarının) öyrənilməsinə həsr olunmuşdur.

Musabəyovanın antigen quruluşa aid tədqiqatlarından immun preparatların istehsal texnologiyası sahəsində, habelə x əstəliklərin profilaktika və diaqnostikasında geniş istifadə edilir.

1973-cü ildə Azərbaycanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür.

M.Mahmudbəyova 1992-ci ildə Bakıda vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mahmudbəyova Məryəm //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı: ASE.- C.6.- S.396.