Məryəm Mirzəxani (fars. مریم میرزاخانی; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013)[12] və Filds medalı laureatı (2014). Filds Medalı almış ilk qadın.
Məryəm Mirzəxani | |
---|---|
fars. مریم میرزاخانی | |
Doğum tarixi | 12 may 1977[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2017[3][4] (40 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | süd vəzi xərçəngi |
Uşağı | 1 |
Elm sahələri | Lobaçevski həndəsəsi |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
mmirzakhani.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Məryəm 1977-ci ildə 3 may tarixində Tehranda anadan olmuşdur. Atası Əhməd elektrik mühəndisi idi. O Nadir İstedadlıların İnkişafı üçün Milli Təşkilatın tərkibində olan Fərzanegan Məktəbində oxuyub. 1994-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk iranlı qadın tələbə oldu.
1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasıda yüksək xal toplamışdır.
O riyaziyyat üzrə bakalavr dərəcəsini Şərif Texnologiya Universitetində 1999-cu ildə almışdır. Daha sonra diplom işi üçün ABŞ-yə gedən Məryəm fəlsəfə doktoru elmi dərəcəsini 2004-cü ildə Harvard Universitetində Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə almışdır.
Məryəm 2004-cü ildə Clay Riyaziyyat Universitetində tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən Stanford Universitetində professor kimi fəaliyyət göstərməyə başlamışdır.
2005-ci ildə Mirzəxani çexiyalı nəzəri kompüter alimi və tətbiqi riyaziyyatçı və hazırda Stanford Universitetində professor olan Jan Vodrakla ailə həyatı qurmuşdur. Anahita adında bir qız övladları var.
Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. 2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmışdır. 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada vəfat etmişdir.
İran prezidenti Həsən Ruhani və digər rəsmilər Məryəmin vəfatından sonra başsağlığı və Məryəmin elmi naliyyətlərini təqdir edən ismarıclar yayımlamışlar. Şərif Universiteti Mirzəxaninin təhsil aldığı riyaziyyat fakültəsinin Mirzəxani adlandırılacağını bəyan etmişdir.
2. en.wikipedia.org/wiki/Maryam_Mirzakhani