Məsmə Məmmədova

Məmmədova Məsmə Müseyib qızı (d. 28 avqust 1923, Salyan) — Azərbaycan idmançısı, gimnast. SSRİ idman ustası (1949), Azərbaycan SSR əməkdar məşqçisi (1957), Ümumittifaq dərəcəli hakim (1958).

Məsmə Məmmədova
Məmmədova Məsmə Müseyib qızı
Doğum tarixi (100 yaş)
Doğum yeri Salyan
Fəaliyyəti gimnast

Həyatı[redaktə | mənbəni redaktə et]

1950-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.

1950-1970-ci illərdə AzDBTİ-də müəllim, 1970-ci ildən Azərbaycan İncəsənət İnstitutunda bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir[1].

Uğurları[redaktə | mənbəni redaktə et]

Gimnastika üzrə Azərbaycan çempionu (1937-38), beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "MƏMMƏDOVA Məsmə Müseyib qızı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.