Bu məqalədəki məlumatların
yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928 , Mahmudlu , Qubadlı rayonu – 23 iyul 1973 , Bakı ) — Azərbaycan yazıçısı.
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.
Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.
O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.
C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954
S.S. Axundov – Azərnəşr, 1956
Məfkurə dostları – Azərnəşr, 1961[ 1]
Rəsul Rza – Azərnəşr, 1960
Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964[ 1]
Məslək qardaşları – Azərnəşr, 1966[ 1]
Tənqidçinin düşüncələri – Azərnəşr, 1968
Ədəbi fraqmentlər – Azərnəşr, 1974[ 1]
H. Cavidin romantizmi - Azərnəşr, 1975
Amal və sənət – Yazıçı, 1980[ 1]
Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979[ 1]
Darıxan adamlar (iki cilddə) – "Elm və təhsil", 2009[ 1]
Darıxan adamlar (seçilmiş əsərləri) . Bakı, "Təhsil" – 2018, 792 səh. ISBN 978-9952-518-05-4
"Böyük həqiqətləri əks etdirən kiçik hekayələr" (C.Məmmədquluzadənin ədəbi fəaliyyəti haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti 1954, 25 sentyabr
"Azadlıq carçısı" (M.Ə.Sabirin 100 illiyi qarşısında)-"Kommunist" qəzeti-1962
"Alovlu publisist və tənqidçi" (D.İ.Pisarevin anadan olmasının 100 illiyi münasibətilə)-"Azərbaycan gəncləri" qəzeti-1950
"Böyük tənqidçi və inqilabçı" (N.A.Dobrolyubov haqqında)-"Ədəbiyyatvə incəsənət" qəzeti 1951, 6 fevral
"Süleyman Rəhimovun "Ata və oğul" povesti haqqında"-Azərbaycan məktəbi jurnalı, 1950
"Atalar və oğullar problemi haqqında"-"Azərbaycan Ədəbiyyatı" jurnalı-1959
"Atalar və oğullar" (II hissə)-"Azərbaycan" jurnalı-1961
"Dahi Azərbaycan şairi" (Füzulinin vəfatının 400 illiyi qarşısında) "Azərbaycan" qəzeti, 1958, 18 iyul
"S.Vurğunun "Aygün" poeması haqqında"-Təbliğatçı jurnalı, 1956
"M.F.Axundov və Şərq" (anadan olmasının 150 illiyi qarşısında)-"Bakı" qəzeti 1962
"Böyük arzular tərənnümçüsü" (Ə.Haqverdiyevin anadan olmasının 90 illiyinə)-""Azərbaycan gəncləri" qəzeti,1960, 18 dekabr
"Aşığın qəlbi" (Aşıq Hüseyn Cavan haqqında)-Bakı qəzeti,1959
"Bahar nəğmələri"-Ədəbiyyat qəzeti, 1950
"Qüdrətli sənətkar" (C.Məmmədquluzadənin vəfatının 25 illiyi münasibətilə)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1957, 6 yanvar
"Adil Babayevin şeirləri haqqında"-"İnqilab və mədəniyyət" jurnalı-1949
"B.Azəroğlunun şeirləri"-"İnqilab və mədəniyyət" jurnalı, 1950
"V.Q.Bellinskinin "Rus ədəbiyyatının klassikləri" haqqında" (Məcmuə)"Kommunist" qəzeti
"Beş poema haqqında mülahizələr"-Ulduz jurnalı, 1967
"Bədii nəsrimizdə tarixi roman"-"Azərbaycan" jurnalı, 1965
"Bədii nəsrimizdə konflikt, xarakter və kolorit məsələlərinə dair"-"Ədəbiyyat və incəsənət" qəzeti,1959
"İsa Hüseynovun "Bizim qızlar" kitabı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1950
"Qasım Qasımzadənin "Bzim dağlar" kitabı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1956
"Bizim Səhhət" (Şair Abbas Səhhətin yaradıcılığı haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1956
"Bir ailənin tarixi" (B.Vahabzadənin "İztirabın sonu" poeması haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1957
"Bir hekayə haqqında" (İ.Şıxlının "Raykom katibi" hekayəsi haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1948, 8 mart
"Bir gəncin manifesti" (Mir Cəlalın əsəri haqqında)-"İnqilab və mədəniyyət" jurnalı,1949
"G.Hüseynoğlunun "Bir ömrün çıraqları" kitabı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1959, 19 sentyabr
"Y.Şirvanın "Buludlar dağılır" romanı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1959, 19 oktyabr
"B.Vahabzadənin "Ədəbi heykəl" şeirlər kitabı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1955, 14 may
"M.Faiqin "Mənə desələr ki..." şeirlər kitabı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1964, 4 iyul
"Böyük ana, şair və vətəndaş" (Ə.Cəfərzadənin hekayələr kitabı haqqında)-"Azərbaycan qadını" jurnalı,1964
"Böyük proletar" (M.Qorkinin anadan olmasının 85 illiyi münasibətilə)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1953, 4 aprel
"Vaqif sevirdi,Vaqif sevilir" (Anadan olmasının 250 illiyinə)-"Azərbaycan məktəbi" jurnalı, 1968
"Vahidin könül dünyası" (Anadan olmasının 75 illiyinə)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1970, 10 oktyabr
"H.Mehdinin "Cavanşir" pyesi haqqında"-"Azərbaycan" jurnalı, 1958
"Vidadi"-(anadan olmasının 250 illiyinə)-"Azərbaycan qadını" jurnalı, 1950
"S.Rüstəmin şeirləri haqqında", "Azərbaycan gəncləri" qəzeti,1953, 12 aprel
"Qardaşlar" (M.Dilbazinin eyniadlı şerlər kitabı haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1953, 18 aprel
"Qəhrəmanlıq dramları" (S.Vurğunun dram əsərləri haqqında)-"Azərbaycan" jurnalı, 1956
"Qızlar bulağı" haqqında qeydlər, (V.Çəmənzəmilinin eyniadlı əsəri haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1967, 11 noyabr
"Qüdrətli romançı" (Y.V.Çəmənzəmilinin anadan olmasının 80 illiyinə)-"Azərbaycan gəncləri" qəzeti, 1967, 12 dekabr
"Dağ yolu ilə keçən insanlar" (İ.Əfəndiyevin "Dağ yolu" romanı haqqında)-"Azərbaycan gəncləri" qəzeti, 1964, 24 iyun
"Dağlar səslənir" (İsmayıl Şıxlının "Dağlar səslənir" povestinin çatışmayan həyatları haqqında)-"Azərbaycan gəncləri" qəzeti, 1957, 7 aprel
"Darıxan adamlar" (H.Cavidin "Xəyyam" əsəri haqqında)-"Ulduz" jurnalı, 1970,№ 10
"Darıxan adamlar" (H.Cavidin "Azər" poeması haqqında)-"Ulduz" jurnalı,1971,№ 9
"Darıxan adamlar" (H.Cavidin dram sərləri haqqında)-"Ulduz" jurnalı, 1970, № 8
"Darıxan adamlar" (H.Cavidin romantikası haqqında)-"Ulduz" jurnalı,1969, №10
"Darıxan adamlar" (H.Cavidin "İblis" mənzum faciəsi haqqında)-"Ulduz" jurnalı, 1969,№3
"Dahi tənqidçi və mütəfəkkir" (V.Q.Belinskinin anadan olmasının 150 illiyi münasibətilə)-"Azərbaycam" qəzeti, 1961, 13 iyun
"İ.Hüseynovun "Doğma və yad adamlar" romanı haqqında"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1960, 27 avqust
"Dostumuz, müəllimimiz" (Məmməd Cəfər haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1969, 11 yanvar
"Dramaturgiyamızın banisi" (M.F.Axundovun anadan olmasının 150 illiyi qarşısında)-"Azərbaycan" jurnalı, 1962
"Dünya qopur" (Ə.Əbülhəsənin eyniadlı əsəri haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1958, 31 may
"Düşündürən poeziya" (R.Rzanın şeirləri haqqında)-"Azərbaycan müəllimi"-1960, 19 may
"Eşq və ülviyyət" (H.Cavidin "Şeyx Sənan" faciəsi haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1969, 29 mart
"Ədəbi heykəl" (B.Vahabzadənin eyniadlı poeması haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti,1953, 2 sentyabr
"Əsl qəhrəman haqqında povest" (İ.Qasımovun "Uzaq sahillərdə" povesti haqqında)-"Azərbaycan gəncləri" qəzeti, 1954, 28 may
"Əfsanə və poetik həqiqət"(C.Cabbarlının "Qız qalası poeması haqqında")-"Ədəbiyyat və incəsənət" qəzeti, 1973, 31 mart
"Əhməd Cəmilin şeirləri"-"Bakı" qəzeti, 1959, 27 mart
"Zaman və şəxsiyyət" (H.Cavidin "Knyaz" əsəri haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1970, 27 iyun
"Ə.Abbasovun "Zəngəzur" romanı haqqında"-"Azərbaycan" jurnalı, 1956, №2
"Zeynal Xəlilin yeni şeirləri", "Ədəbiyyat və incəsənət" qəzeti, 1955, 27 oktyabr
"İdeal fədakarlıq" ("Orlean qız" tamaşası haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1965, 4 dekabr
"İki dost" (M.P.Vaqiflə Vidadinin dostluğu haqqında)-"Bakı" qəzeti, 1968, 18 noyabr
"İlk addımlar" (N.Həsənzadənin haqqında)-"Azərbaycan gəncləri" qəzeti, 1955, 30 sentyabr
"İllər keçir" (İ.Qasımovun və H.Seyidbəylinin eyniadlı romanı haqqında)-"Kommunist" qəzeti, 1957, 19 aprel
"İlhamlandıran və düşündürən mövzular"-"Bakı" qəzeti, 1964, 6 noyabr
"İnqilab qəhrəmanı" (Şeyx Məhəmməd Xiyabani haqqında)-"Azərbaycan" jurnalı, 1958, №8, səh,185-196
"İnsan və vicdan"(İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesi dram teatrının səhnəsində)-"Azərbaycan gəncləri"
"Yeni poemalarımız" - "Azərbaycan" jurnalı, 1958, № 4, səh. 183-210
"Yüksək hisslər lirikası" (Nizaminin yardıcılığı haqqında) - "Ədəbiyyat və incəsənət" qəzeti, 1971, 1 yanvar
"Kim haqlıdır?" (B.Vahabzadənin "Yağışdan sonra" əsəri dram teatrının səhnəsində) - "Ədəbiyyat və incəsənət" qəzeti, 1971, 29 may
"Kitab yaşayır" (M.Əlizadənin "Kədər və sevinc" kitabı haqqında) "Azərbaycan" jurnalı, 1962.
"Gələcək gün" (M.İbrahimovun romanı haqqında) - "İnqilab və mədəniyyət" jurnalı, 1951
"Gənc şairlərin ürək sözləri" - "Ədəbiyyat" qəzeti, 1949, 21 dekabr
"Gərək elə yanım" - "Ədəbiyyat və incəsənət" qəzeti, 1971, 2 oktyabr
"Görkəmli dramaturq" (N.B.Vəzirovun ölümünün 25 illiyi münasibətilə) - "Ədəbiyyat" qəzeti, 1951, 6 iyun
"S.S.Axundovun "Laçın yuvası" dramı haqqında - "Ədəbiyyat və incəsənət" qəzeti, 1970
"Mirzə İbrahimovun dramaturgiyası" - "Azərbaycan" jurnalı, 1955
"Mehman" povesti haqqında - "Azərbaycan" jurnalı, 1954,
"Məslək qardaşları" (Sabir və Cəlil Məmmədquluzadə haqqında) - "Azərbaycan" jurnalı, 1962
"Məhəbbət və qəhrəmanlıq" (Ədəbi fraqmentlər) - "Azərbaycan" jurnalı, 1974
"Müasir həyat və hekayələrimiz" - "Azərbaycan" jurnalı 1961
"Nəsrimiz ətrafında mübahisələr" - "Azərbaycan" jurnalı, 1962
"Nəsrimiz haqqında yeni tədqiqat əsərləri" - "Ədəbiyyat və incəsənət" qəzeti, 1968, 19 oktyabr
"Nəsrimizdə qadın azadlığı problemi" - "Azərbaycan" jurnalı, 1967, 3
"Oqtay Eloğlu" tamaşası haqqında-"Ədəbiyyat və incəsənət" qəzeti, 1966, 9 iyul
"H.Cavidin "Səyavuş" faciəsi haqqında" - "Ədəbiyyat və incəsənət" qəzeti, 1969, 1 noyabr
"Osman Sarıvəllinin yaradıcılığında sənətkarlıq", "Azərbaycan" jurnalı, 1954, № 6
"C.Məmmədquluzadənin "Ölülər" pyesi haqqında" - "Azərbaycan" jurnalı, 1954, № 10
"Ə.Kürçaylının "Durnalar cənuba köçür" poeması haqqında"-"Bakı" qəzeti, 1960, 29 avqust
"Sabir və gənclik"-"Azərbaycan gəncləri" qəzeti, 1962, 7 mart
"Sevildən Saçlıya" (Ədəbiyyatımızda qadın surətləri)-"Azərbaycan" jurnalı, 1962, № 3
"Seyid Hüseynin hekayələri haqqında"-"Azərbaycan" jurnalı, 1957, № 1
"S.S.Axundovun müsbət qəhrəmanları"-"Azərbaycan" jurnalı, № 9
"Tarixi həqiqət və onun bədii həlli"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1960, 23 iyun
"Torpaqdan görünən poetik üfüqlər"-"Bakı" qəzeti, 1967, 5 iyul
"Uğurlu yol"-"Azərbaycan gəncləri", 1971,11 dekabr
"M.Seyidzadənin yaradıcılığı haqqında qeydlər"-"Bakı" qəzeti, 1967, 19 may
"Faciəli istedad" (M.Hadinin yaradıcılığı haqqında)-"Ulduz" jurnalı, 1972, № 8, səh. 58-62
"Füzuli və Üzeyir"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1971, 8 may
"Füzuli və Üzeyir Hacıbəyov"-"Azərbaycan" jurnalı, 1965, № 1
"Füzulinin eşqi"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1970, 8 avqust
"Xalqımızın sevimli yazıçısı" (Mir Cəlal haqqında)-"Azərbaycan qadını" jurnalı, 1958, № 5
"Haqverdiyevin idealları"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1970, 16 may
"Heçlikdən həqiqətə" (C.Cabbarlının "Aydın" tamaşası haqqında)-"Bakı" qəzeti, 1973, 25 yanvar.
"Həssas qəlbli sənətkar" (Ə.Məmmədxanlının seçilmiş əsərləri haqqında)-"Ədəbiyyat və incəsənət" qəzeti, 1961, 22 iyul
"C.Cabbarlının romantikası"-"Ulduz" jurnalı, 1973, № 11
"C.Cabbarlının romantikası"-"Azərbaycan" jurnalı, 1974, № 2
"Hüseyn Cavidin lirikası"-"Azərbaycan" jurnalı, 1968, № 12
"Şairin romantik dünyası"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1966, 13 avqust
"Şair ləyaqəti, şair sevgisi"-"Ədəbiyyat və incəsənət" qəzeti, 1972, 26 fevral
"Şair nə deyib, necə deyib"-"Bakı" qəzeti, 1968, 14 mart
"Şairə H.Billurinin yaradıcılığı haqqında"-"Azərbaycan qadını" jurnalı, 1967, № 7
"Şairin amalı və sənəti" (Balaş Azəroğlunun yaradıcılğı haqqında), "Azərbaycan" jurnalı, 1971, № 5
"Şairin romantikası haqqında" (M.Müşfiqin anadan olması 60 illiyi münasibətilə)-"Bakı" qəzeti, 1968, 10 iyul
"Şəhriyarın düşüncələri"-"Azərbaycan gəncləri" qəzeti, 1966, 9 dekabr