Məsudi Dövran

Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü.

Məsudi Dövran
Doğum tarixi (87 yaş)
Doğum yeri Astara
Milliyyəti Azərbaycanlı
Təhsili M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutu
İxtisası Filoloq
Fəaliyyəti Filologiya elmləri doktoru, professor, şair
Fəaliyyət illəri 1985-
Əsərlərinin dili Türk, rus, özbək, talış, azərbaycan dili
Tanınmış əsəri "Xələc dili"

Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır.

Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur.

Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.

O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir. Şeir kitabları bunlardır: Həsrət - 1996, Belə dünyadır bu dünya - 1999, Yetim dünya - 2000, Ömürdən bir damla - 2003, Az tolışim ( talış dilində ) - 2004, Tyrandan ovoz ( özbək dilində ) - Taşkent "ZİE" 1994. Məsudi Dövran ailəlidir, iki oğlu, bir qızı, 6 nəvəsi var. O bir neçə dil bilir və rus, özbək, talış və doğma dilində şeirlər yazır. Milliyətcə Azərbaycanlı - Qacar nəslindəndir.

Nərmin Məmmədova - "Məsudi Dövran Yaradıcılığı" (Bakı, "Elm və Təhsil", 2019)