Mətanət İsgəndərli

Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Mətanət İsgəndərli
Ümumi məlumatlar
Doğum tarixi 17 iyun 1963(1963-06-17) (60 yaş)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı[redaktə | mənbəni redaktə et]

Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub.[1] Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub.

1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub.

1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.

16 sentyabr 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Əlvida (film, 2007)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Müğənni Mətanət İsgəndərli bioqrafiyası həyatı haqqında ətraflı məlumat". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-22.
  2. Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI[ölü keçid]