Mətanət A

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.

Mətanət A
Matanat A new logotype.jpg
Ümumi məlumatlar
Məhsulları sement və gips əsaslı məhsullar, boya
Təsis tarixi 2000
Baş qərargahın yeri Bakı, Azərbaycan
matanata.com

Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarə olunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur.

Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər. Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır. Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli töhfələr vermək naminə fəaliyyətini daim genişləndirir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]