Mətin Balkanlıoğlu (türk. Metin Balkanlıoğlu; 1958 – 2018, İstanbul) — Türkiyə islam din xadimi.
Mətin Balkanlıoğlu | |
---|---|
türk. Metin Balkanlıoğlu | |
Doğum tarixi | 1958 |
Vəfat tarixi | 2018 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
Abdülmetin Balkanlıoğlu 1958-ci ildə Sunqurlu rayonunun Aşağıfındıqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Çorum İmam Hatip məktəbini, 1986-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977-ci ildə Şilədə imam olaraq işə başlamışdır. İsmayılağa camaatının rəhbərlərindən biri idi. Balkanlıoğlu evli olmuşdur, 2 övladı var idi.[1] Milliyətçi fikirlərə sahib idi və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi.[2][3]
O, tez-tez gülənçilərə, kürdlərə, ərbakançılara və Türkiyə müxalifətinə qarşı çıxışlar edirdi.[2][4]
O, qəzəblə kürd yaraqlılarına qarşı həddindən artıq güc tətbiq etməyə çağırdığı mübahisəli çıxışından qısa müddət sonra infarkt keçirmişdir. Mətin Balkanlıoğlu 20 iyun 2018-ci ildə vəfat etmişdir.[2] Onun dəfn mərasimi Fateh məscidində keçirilmişdir və Ədirnəqapıda dəfn olunmuşdur.[5]