Məxmər əllər (ita: Mani Di Velluto) — 1979-cu ildə Castellano və Pipolonun rejissorluq etdiyi, baş rollarda Adriano Çelentano və Eleonora Giorginin çəkildiyi italyan komediya filmidir.
Məxmər əllər | |
---|---|
it. Mani di velluto | |
Janr | komediya filmi[1] |
Baş rollarda | |
İlk baxış tarixi | 20 dekabr 1979[2], 27 noyabr 1981[2], 22 fevral 1982[2], 10 iyun 1983[2] |
Müddət | 98 dəq. |
Ölkə | |
Dil | italyan dili |
Rəng | rəngli |
IMDb | ID0079523 |
Mühəndis Qvido Kviller (Guido Quiller) zərgərlik mağazaları üçün zirehli şüşə sataraq özünə sərvət qazanmışdır; onun sərvəti 12 milyard lirə (1978-ci ilin məzənnəsi ilə 383.000 dollar) olaraq qiymətləndirilir. Amma o, istehsal etdiyi şüşələri ilə sığorta şirkətlərini və quldurları qəzəbləndirməyi də bacarmışdır. Arvadı (və sevgilisi) ondan boşanmaq və bütün pulunu ondan almaq istəyir. Sevgilisi ilə görüş zamanı Qvido ona boşandıqdan sonra tamamilə yoxsullaşacağını və hər şeyi yenidən başlamaq istədiyini bildirir. Ancaq qız yalnız onun bank hesabı ilə maraqlanır və onu tərk edir. Qvido qızın unutduğu pul kisəsini onun özünə qaytarmaq üçün sevgilisinin arxasınca gedərək mopedə minir, lakin mindiyi mopedin əyləci sıradan çıxır və Qvido fəvvarəyə düşür. Bu zaman onu maşında izləyən bir oğru ailəsi əlində çanta olan Kvilleri pul kisəsini oğurlayan həvəskarla səhv salırlar. Kviller fəvvarəyə yıxılandan sonra onun üzərində sənədləri tapmayan oğru ailəsi onu özləri ilə öz evlərinə aparmaq qərarına gəlir.
Bu oğru ailəsində qızın babası həbsdədir, nəvə cibgirdir, qardaşı isə saxta pul çap edir. Qvido xatırlayır ki, bir dəfə bir gözəl oğru qız onu metroda qarət etmişdi. Polis Kvillerin fidyə müqabilində qaçırıldığını fikirləşir. Qvido evə qayıdır, lakin qızla görüşməyə davam edir. Mühəndis qızın qəlbini əldə etmək üçün özünü yazıq oğru kimi göstərməli olur. O, qızın xoşuna gəlmək üçün müxtəlif soyğunçuluq və fırıldaq hadisələri ilə gündəmə gəlir.
Amma bir gün qız onun əsl adını öyrənir...