Məzahir Həsənov

Məzahir Əbülfəz oğlu Həsənov — "Tərəqqi" medalı laureatı

Məzahir Həsənov 1962-ci il iyul 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olmuşdur[1].

Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akademiyasını və İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirmişdir.

Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, "Sankt-Peterburqun Azərbaycan diasporu" Regional İctimai təşkilatı sədrinin birinci muavinidir.

"Rusiya DİN-in 200 illiyi" və "Sankt- Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif olunmuşdur.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

  1. MƏZAHİR ƏBÜLFƏZ OĞLU HƏSƏNOV Arxivləşdirilib 2017-01-02 at the Wayback Machinediaspora.gov.az saytı