Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. (fevral 2023) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məzahir Məmmədov (10 may 1948, Salyan, Salyan rayonu) — Azərbaycanın Salyan rayonunda və eyni zamanda cənub zonasında tanınmış tar ifaçılarındandır.
Məzahir Məmmədov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 may 1948 (76 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən |
Məzahir Məmmədov 1948-ci il may ayının 10-da Salyan şəhərində musiqiçi ailəsində anadan olub. Atası mahir zurna ifaçısı Mənəf Məmmədov məşhur "Cəngi" ansamblının yaradıcısı olub və uzun illər ona rəhbərlik edib. Ailələrinin bütün üzvləri – 8 qardaşın hər biri musiqi ilə məşğul olub. SSRİ dövründə bu qardaşlar keçmiş ittifaqın bir çox şəhərlərində, xarici ölkələrdə müntəzəm qastrollarda olublar. Sonradan qardaşların bəziləri, eləcə də Məzahir Məmmədov bu gün rayon incəsənətlə məğuldurlar.
Məzahir Məmmədov 10 yaşından etibarən tarla maraqlanıb. Sonradan muğama həvəsi artıb və 12 yaşı olanda muğam həvəskarı kimi tanınırdı.
XX əsrin 60-cı illərində Asəf Zeynallı adına Musiqi exnikumunda təhsil alan zaman Bəhram Mansurov, Əhməd Bakıxanovdan tar sənətinin bir çox sirlərini öyrənib. 1988–1993-cü illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda təhsilini yeniləyib. Bir müddət rayonun yenikənd kənd musuqi məktəbində direktor vəzifəsində çalışan Məzahir Məmmədov hazırda Salyan şəhərindəki Qulu Əsgərov adına İncəsənət Məktəbinin tar müəllimidir.
Məzahir Məmmədov 1984-cü ildən etibarən rayondakı Qulu Əsəgərov adına "Gənclik" xalq çalğı alətləri ansamblına rəhbərlik edir. Ansambl muğam ustadı Qulu Əsgərov tərəfindən 1946-cı ildə yaradılıb. Gənc Məzahir Məmmədov bu ansamblda fəaliyyətə konsertmeyster kimi fəaliyyətə başlayıb.
Məzahir Məmmədov SSRİ dövründə Ümumittifaq Xalq Nailiyyətləri Sərgisində iştirak edib və bu sərginin diplomuna layiq görülüb. Rəhbərlik etdiyi dövrdə "Gənclik" ansamblının ifa etdiyi 10 musiqi yazısı Rusiyanın qızıl fonduna daxil edilib. SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb.
Azərbaycanın müstəqilliyi dövründə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəfələrlə diplomlarla təltif olunub, təşəkkürlər alıb. Yaradıcılığı dövründə Rusiya, İspaniya, Yuqoslaviya, Ukrayna, Baltikyanı ölkələr, İran, Orta Asiya ölkələrində və s. dövlətlərdə qastrollarda olub, ümumdünya folklor xalq yaradıclığı festivallarının laureatı olub[mənbə göstərin].