Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990–1995).
Məzahir Rəfiyev | |
---|---|
1990 – 1995 | |
– 23 may, 1992[1] | |
Sonrakı | Sərdar Həmidov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 2012 |
Fəaliyyəti | deputat |
Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb.
Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb.
Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib.
Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb.
1990–1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib.
Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.