M-46 — Sovet (SSRİ) istehsalı olan 130 mm-lik yedəklənən topu [1].
1951-ci ildən başlayaraq, 1971-ci ilə qədər buraxılmışdır. Top düşmənin istehkam qurğularının, özüyeriyən artilleriya və ağır tanklarının, minaatanlarının, canlı qüvvələrin cəmlənmə nöqtələrinin, cəhbə arxası hissələrinin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 37000 m-dir.
M-46 topu horizontal əl ilə işləyən pazlı çaxmaq sistemi ilə təhciz olunmuşdur. Topun atəş qurğusu lülədən, mərmi kamerasından və lülə ucu əyləcdən (tormoz) ibarətdir.
Top bir oxlu lafetin üzərində quraşdırılmış və ayrılan ön təkər hissəlidir. Döyüş zamanı lafetin ön təkərli hissəsi sökülür, topun qundaqları yana açılaraq hazır vəziyyətə gətirilir.
Topu yedəyə alınıb aparılması üçün Ural, Kraz və digər iri yük avtomaşınlarından və AT-C tırtırlı artilleriya yedəkləyicilərindən istifadə olunur.
Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır.
Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:
Topun əsas ölçüləri: Uzunluğu yürüş vəziyyətində 11730mm, gediş eni 2450mm.
Hal-hazırda M-46 topu keçmiş Sovet məkanı olkələrinin, həmçinin dağılmış Varşava Müqaviləsi Təşkilatı dövlətlərin silahlanmasında mövcuddur.
Kimyəvi başlıqlı mərmilərdə atəşləyə bilir.
İstehsalçı ölkə: SSRİ
İstehsalçı fima: SKB Zavod № 172
Tip: yedəkdə daşınan top
İstehsal tarixi: 1951 – 1971
Xidmətə giriş ili: 1951 – günümüzə
Ekipaj: 8 nəfər
Ağırlığı: 7.7 ton
Uzunluğu: 11.73 m
Lülənin uzunluğu: 7.15 m
Eni: 2.45 m
Hündürlüyü: 2.55 m
Klirens: 0.45 m
Yedək maşını: Ural, Kraz, AT-S
Yol sürəti: 50 km/saat
Kalibr: 130 mm
Lülənin qalxma bucağı: -2.5º... +45º
Üfüqi tuşlama bucağı: -25º... +25º
Mərmi ağırlığı: 29.1 – 33.4 kq
Mərminin çıxış sürəti: 930 metr/saniyə
Atış tezliyi: 8 atış/dəqiqədə
Atəş məsafəsi: 27.5 km
Maksimal atəş məsafəsi: 38 km