M-nəzəriyyə — Kainatın yaranmasında zamanı müxtəlif qüvvələr böyük rol oynamışdır. Kainatın tamamlanmasını müəyyən etmək üçün nəzəriyyə müvcud olmalıdır. Məhz bu nəzəriyyə M-nəzəriyyədir. Bu nəzəriyyə A. Eynşteynin nəzəriyyəsində sonra əldə edəlmiş ilk böyük nailiyyətdir. Bu nəzəriyyə özündə kvant mexanikasını və nisbilik nəzəriyyəsini birləşdirir. Ona görə də bu yeganə belə nəzəriyyə sayılır. Kainatın yaranmasını M-nəzəriyyə sayəsində ifadə olunan strun nəzəriyyəsi də verir, belə ki, əslində bu iki nəzəriyyə eynidir. Burada "M"-sehrli, ana, matrisa mənalarında işlənilir. Nəzəriyəyə görə kainat subatomlardan təşkil olunub. Ümumi nisbilik nəzəriyyəsinə görə Kainat Qara dəliklərdən, Böyük partlayışdan ibarət olduğu halda, Kvant nəzəriyyəsi bunun tam əksinədir.
Strun nəzəriyyəsi və M-nəzəriyyə supersimmetrik fəzada müəyyən bir ölçüyə malik olan obyekt konsepsiyasına əsasən yaradılıb. M-nəzəriyyə ümumi simmetrik və özü-özünü yaradan nəzəriyyə, Kainat modelidir. Strun nəzəriyyəsi bəzi elementar zərrəciklərin quruluşunu müəyyən etmək üçün yaradılmiş nəzəriyyədir. Bu nəzəriyyənin əsas cəhəti Kainatın çoxölçülü olmasını iddia etməsidir. Strun nəzəriyyəsi multi ölçülü sistemə əsaslanır, əgər əksinə olsaydı böyük problemlərlə üzləşə bilər. Bozon nəzəriyyəsi 26 ölçülü olduğu halda superstrun nəzəriyyəsi 10 ölçülü sistemə əsaslanır. Lakin bu sistem 4 ölçülü sistemə nəzərən bizə görünməz olaraq qalır. Stromidjer və Vafa strun nəzəriyyəçiləridir. Onlar qara dəliyin əsas mikrokomponentləri (yük və kütlə) haqqında məlumat əldə etmiş və qara dəliyin entropiyyasını hesablamağa çalışmışlar. Bu nəzəriyyələrə əsasən müəyyən etmək olar ki, strunlar və M-nəzəriyyə nəzəri fizikanın ən əsas "cəbhəsini" təşkil edir.