M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti (başq. М. Аҡмулла исемендәге Башҡорт дәүләт педагогия университеты (М. Аҡмулла исемендәге БДПУ)) — dövlət tabeliyində olan ali təhsil mərkəzi. Bugünkü gündə Başqırdıstan Dövlət Pedaqoji Universiteti 5 institut, 7 fakültə, 43 kafedraya sahibdir..
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitet | |
---|---|
Əsası qoyulub | 1967 |
Tip | Universitet |
Rektor | Rail Miraeviç Asadullin |
Şəhər | Ufa |
Ölkə | |
Sayt | bspu.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Başqırdıstan Dövlət Pedaqoji Universiteti öz mövcudluğu dönəmində 40 mindən çox mütəxəsis yetişdirmişdir. Ölkənin 20 ən yaxşı ali təhsil mərkəzlərindən biridir[2].
Universitet "Auditoriya"[3] qəzeti və "Başqırdıstan pedaqoji jurnalı"[4] buraxır.
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti 9 yanvar 1967-ci ildə institut olaraq təşkil edilmişdir. Ölkədə ilk müəllimlər institutu 1909-cu ildə təşkil edilmişdir. 1919-cu ildə həmin tədris ocağı Xalq Təhsili İnstitutuna çevrilir. Onun tərkibinə sosial-tarix, biologiya-coğrafiya, fizika-riyaziyyat və dil-ədəbiyyat fakültələri daxil idi.
1976-cı ildə artıq birinci kateqoriyaya yüksəlir. 2000-cu ildə institut Başqırdıstan Dövlət Pedaqoji Universiteti adlandırılır. 2006-cı ildə universitetə Miftaxetdin Akmullanın adı verilmişdir.