M10 by PashaPay (Elektron pulqabı)


m10 by PashaPay — Azərbaycan ekosistemində nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pul kisəsidir.[1].

m10 by PashaPay
m10 by PashaPay
Ümumi məlumatlar
Tipi Elektron pulqabı
Sənaye Azərbaycan
Məhsulları Online pul kisəsi
Online pul köçürmə
Təsis tarixi 2022
Baş qərargahın yeri Azərbaycan Bakı
Struktur
İşçi sayı 500-dən çox
Ana şirkət Paşa Holding
Rəhbərlik
Təsisçi PashaPay MMC
m10.az

Haqqında[redaktə | mənbəni redaktə et]

2022-ci ilin iyul ayından fəaliyyət göstərən tətbiqin, brendinin əmtəə nişanı “PashaPay” MMC-yə məxsusdur.

“PashaPay” MMC Paşa Holding tərəfindən 29 aprel 2022-ci ildə FinTex şirkəti kimi yaradılıb. PashaPay — 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı mövcuddur. Şirkətin Bakı və digər xarici ölkədəki ofisində 500-dən çox əməkdaş çalışır. [2].

Elektron pulqabı olan m10-un üstünlüklərindən biri komissiyasız pul köçürmələridir. Bundan əlavə m10 elektron pulqabı vasitəsi ilə istifadəçilər MilliÖN-də olan kommunal və sairə kimi ödənişləri, mağazalarda QR ödənişləri edə bilirlər.[3] [4] [5]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "PashaPay - PAŞA Holding". pasha-holding.az. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  2. "m10 - Azərbaycanın yeni elektron pulqabısı". Azertag.az (az.). 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
  3. "Arxivlənmiş surət". Tedroid.com (az.). 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.
  4. ""m10" pul kisəsi nədir? – Onu istifadə etməzdən öncə bu şərtlərə fikir verilməlidir". Banker.az (az.). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  5. ""M10" onlayn ödəniş platforması adından saxta reklamlar paylaşılır - Xəbərdarlıq". Trend.az (az.). 2023-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.