M2 xətti (İstanbul metropoliteni)

M2 xəttiİstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir.[1][2]

M2 xətti

İstanbul metropoliteni
rahmenlos
Birinci hissənin açılışı 16 sentyabr 2000
Uzunluğu 23,5 km
Stansiyaların sayı 16
Qatardakı maksimum vaqon sayı 6
Vaqon sayı 6
İnterval 5 dəqiqə
Gündəlik ortalama sərnişin sayı 320.000 adam
Elektro-depo Var
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə[redaktə | mənbəni redaktə et]

Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı. Dördüncü Levent stansiyasından Taksim stansiyana qədər altı stansiyadan ibarət idi. 30 yanvar 2009-cu ildə xətti şimaldan üç stansiya ilə Atatürk Avtomobil sənayesi stansiyasına, cənubdan Şişli stansiyasına qədər uzatdı. Eyni zamanda, Türkiyə-Koreya şirkəti EUROTEM tərəfindən istehsal olunan qatarlar işə salındı. 2011-ci ilin yayına qədər Darüşşafaka və Hacı Osman stansiyaları tamamlandı və istifadəyə açıldı.[3]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "iSTANBUL BÜYÜKŞEHİR BELEDİYYESİ". www.ibb.istanbul. 23 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2020.
  2. "Metro istasyonları". İBB. 26 iyun 2009. Archived from the original on 26 June 2009. İstifadə tarixi: 13 may 2020.
  3. "Hacıosman metrosu açılıyor". Sabah (türk). 10 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2020.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]