MC-70 sürtküsü — Dəniz sürtküsü adı altında tanınır, yumuşaq mazdır.
Qəhvəyi rəngli hamar yumşaq mazdır. Sabunlu-karbohidrogen sürtkülərinə aid olub və barium və aluminium sabunların və serizinin qarışığı ilə qatılaşdırılır.
MC-70 sürtküsünün damcıdüşmə temperaturunun aşağı olması və dispersiya mühitinin yüksək buxarlanması səbəbindən onun tətbiq temperaturu 650C-dən yuxarı olmur. Yaxşı aşağıtemperatur xassələri sürtkünü mənfi −450C-də, daha güclü mexanizmlərdə isə mənfi −500C-yə qədər temperaturlarda müvəffəqiyyətlə istifadəsinə imkan verir. MC-70 sürtküsünün fərqli xüsusiyyətlərindən biri onun suya qarşı davamlığı və yüksək mühafizə xassəsinə malik olmasıdır. Bu sürtkü daima dəniz suyu ilə təmasta olan mexanizmlər üçün, o cümlədən sualtı qayıq və dəniz gəmilərinin avadanlıqları və mexanizmləri üçün nəzərdə tutulur. Həmçinin, yüksək mühafizəedici qabiliyyət və eyni zamanda şaxtaya davamlıq tələb edən yerüstü maşınlarda da kifayət qədər geniş tətbiq edilir. MC-70 sürtküsünün saxlanma müddətində stabilliyi qənaətbəxşdir. MC-70 sürtküsünü yelləmə və sürüşmə diyircəklərində, müxtəlif ötürücülərdə, sürtünmə səthlərinin işinin təmin edilməsində və s. istifadə edilə bilər. Tərkibində olan barium stearat bahalı olmasına baxmayaraq MC – 70 dəniz sürtküsünün qiymətli istismar xassələri onun geniş tətbiq sahəsinə malik olmasına səbəb olur. Zamanında bu sürtkünü MЗ sürtküsü əvəz edə bilər.
sürətinin orta qradientinin10C1Па*c(П), çox olmamalı — 1500 (15 x 103)